Kateqoriyasız

“ASCO Arena”da bir azarkeş saxlanıldı

Premyer Liqanın V turunun hazırda davam edən “Səbail” – “Zirə” matçının gedişində xoşagəlməz durum yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Səbail”in qolundan sonra “dənizçilər”in bir fanatı meydana girməyə cəhd edib. Nəticədə həmin azarkeş polislər tərəfindən saxlanılıb.

Qeyd edək ki, ilk hissədən sonra “Zirə” 2:1 hesabı ilə qalib gəlir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43