Kateqoriyasız

Asim Xudiyevə yeni təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Avstriya oyununun hakim-inspektoru olacaq.

​Sözügedən qarşılaşma martın 25-də Xorvatiyanın Varazdin şəhərindəki Varteks stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43