Ölkə futbolu

“Aslanlar” “Xəzər Lənkəran”ı məğlub etdi

AFFA-nın təşkil etdiyi U-19 Liqasında XIX turun oyunları baş tutub. “Rəvan” FK-nın növbəti rəqibi “Xəzər Lənkəran” klubu olub.

Maraqlı keçən matç “aslanlar”ın 3:1. hesablı qələbəsi ilə yekunlaşıb. Fizuli Məmmədovun rəhbərlik etdiyi kollektivdə Əlibəy Məmmədli dubl edib, digər qola isə Turan Babayev imza atıb.

Qeyd edək ki, bu qələbə sayəsində xalını 43-ə çatdıran “Rəvan” FK liderliyini bir qədər də möhkəmlədib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43