Kateqoriyasız

“Atletik”in qapıçısı: “İlk oyunda mərhələnin taleyini böyük ölçüdə həll etməliyik”

“Rəqiblərimiz haqda danışmaq üçün onların cavab matçına baxmalıyam. “İnter”in mərhələ adlamaq şansı daha çoxdur. Çünki onlar rəqib meydanında – İslandiyada  keçirilən ilk oyunda qalib gəliblər. Ancaq  komandalardan heç biri bizə tanış deyil. Bununla belə, deyə bilərəm ki, bu komandalardan hansı ilə qarşılaşsaq, bizə güclü müavimət göstərəcək. Üstəlik, həmin ölkələrdə çempionat yaxınlaşır. Buna görə də rəqiblərimiz fiziki cəhətdən də yaxşı hazırlıqlıdır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri İspaniyanın “Atletik” (Bilbao) klubunun qapıçısı Qorka İraisos Avropa Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Təcrübəli qolkiper III təsnifat mərhələsini keçmək üçün yaxşı şansları olduğunu qeyd edib: 

“Rəqibimizin kimliyindən asılı olmayaraq  ilk görüşdə yaxşı nəticə qazanmalıyıq. Çünki cavab matçında uzaq səfərə çıxacağıq. Bizə səfərdə çətin ola bilər. İlk oyunda mərhələnin taleyini böyük ölçüdə həll etməliyik”.

Xatırladaq ki, “Ateltik” III təsnifat mərhələsində “İnter”- “Hafnarfyordur” cütünün qalibi ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43