Kateqoriyasız

“Rudar”ın baş məşqçisi: “Qarabağ” qisas almaq istəyəcək”

“Seltik”lə qarşılaşmaq bizim üçün gözəl olardı. Həqiqətən də həm azarkeşlər, həm də bizim baxımdan onlarla oynamaq xoş olardı. Lakin gəlin tələsməyək. Hələ bizi qarşıda “Qarabağ”la çətin oyun gözləyir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Rudar”ın baş məşqçisi Mirko Mariç deyib.

Monteneqro klubunun təcrübəli çalışdırıcısı cavab görüşündə səbrli oyun sərgiləməli olduqlarını bildirib:

“Futbolçular “Qarabağ”la cavab oyununda səbirli, məsuliyyətli və intizamlı olmalıdılar. Bakıda lazım olan nəticəni qazandıq. Tələsik oyun sərgiləməməliyik. “Qarabağ” qisas almaq istəyəcək. Şübhəsiz ki, şans özü gələcək”.

Qeyd edək ki, “Qarabağ” – “Rudar” matçı qolsuz bərabərliklə başa çatmışdı. Tərəflər arasında cavab matçı iyulun 23-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43