Dünya futbolu

“Atletik”in sabiq futbolçusu Azərbaycanda oynamaqdan imtina etdi

İspaniya mətbuatının verdiyi məlumata görə, “Atletik”in sabiq futbolçusu Yon Aurteneçe  Azərbaycanda oynamaqdan imtina edib. Adı açıqlanmayan Premyer Liqa klublarımızdan biri 26 yaşlı futbolçunu trasfer etmək istəsə də, oyunçu bu təklifi geri çevirib.

U-21 İspaniya millisinin sabiq üzvü daha öncə “Tenerife”, “Selta” və “Mirandes” kimi klublarda oynayıb. Futbolçu hazırda İspaniyada III Liqa təmsilçisi “Amorebeyta”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43