Dünya futbolu

“Atletiko”dan 40 milyon avroluq transfer

“Atletiko” yeni mövsüm üçün ilk transferini gerçəkləşdirmək üzrədir.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubunu “Lion”un hücumçusu Aleksandr Lakazette ilə razılığa gəlib. Bu transfer üçün “Atletiko” Fransa təmsilçisinə 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, A.Lakazette bu mövsüm Fransa liqasında 25 oyunda 23 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43