Ölkə futbolu

“Atletiko”dan Azərbaycana böyük jest!

“Atletiko"nun (Madrid) futbolçuları La Liqada “Osasuna” və “Real Madrid” komandaları ilə keçirəcəkləri görüşlərdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar qara sarğı və yaxalarına matəm lenti taxacaqlar.

İdmanxeber.com-un məlumatına görə, üzərində ölkəmizin adı yazılmış köynəklər geyəcək futbolçular bu yolla Azərbaycan xalqının ağrısına şərik olmaq niyyətindədirlər.

Qeyd edək ki, bununla bağlı Madrid klubu videoçarx da hazırlayıb və yaxın günlərdə rəsmi sayta yerləşdiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43