Dünya futbolu

“Atletiko”nun futbolçusu həbs edildi

"Atletiko"un gənc müdafiəçisi Luka Hernandes məişət zorakılığı səbəbilə həbs edilib.

İdmanxeber.com-un "AS" qəzetinə istinadən yaydığı məlumata görə, futbolçu sevgilisinə hücum edərək, ona xəsarət yetirib.

Futbolçunun sevgilisi hazırda xəstəxanada həkim nəzarəti altındadır. Həkimlərin rəyindən sonra polisin futbolçuya hansı cəzanı verəcəyi məlum olacaq.

Qeyd edək ki, Luka Hernandes 2014-cü ildən "Atletiko"da çıxış edir. O, bu müddət ərzində 15 oyunda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43