Dünyadan

“Aue”nin baş məşqçisi: “Nazarova şans verib-verməyəcəyimi bilmirəm”

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun klubu “Aue”ni çalışdıran Pavel Doçev açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi “Hannover”lə matçda Nazarovun oynayıb-oynamayacağı ilə bağlı danışıb:

“Qarşıdakı görüşə ciddi hazırlaşmışıq. İlk 10-luğa doğru addımlayırıq. Bunun üçün də əvvəlcə gələn tur qələbə əldə etmək lazımdır. Oyunumuzdan razıyam, amma nəticələr təbii ki, məni və azarkeşlərimizi qane edə bilməz. Üzərimizdə çox çalışmalıyıq. Bu görüş üçün rəqibi favorit saya bilərik. Çətin keçəcəyini bilirik. Nəzərə alaq ki, heyətimizdə itkilər var. Simon Sikarlatidis və Fabio Kufman bu qarşılaşmada çıxış etməyəcəklər. Hər iki futbolçunun əsas heyətə qayıtması üçün 1 həftə vaxt lazımdır. Paskal Köpke Almaniyanın U-21, Dmitri Nazarov isə Azərbaycan millisinin heyətində çıxış edib. Onların vəziyyətlərinin nə yerdə olduğunu bilmirəm. Bu oyunda Nazarov və Köpkeyə şans verib-verməyəcəyimlə bağlı qərar verməmişəm”.

Qeyd edək ki, “Aue” – “Hannover” matçı noyabrın 19-u, Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43