İdman

Avram Qrant Bakıya niyə gəlmişdi, Jezniçakla nə əlaqəsi?

Bir müddət əvvəl "Çelsi"nin sabiq  baş məşqçisi Avram Qrantın Azərbaycana təşrif buyurması ilə bağlı xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssisin ölkəmizə hansı səbəbdən gəlməsi məlum olub. Belə ki, çalışdırıcı “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçakın dəstək verdiyi layihə üçün ölkəmizdə olub. Məlumatı polşa mətbuatına açıqlamasında müdafiəçi təsdiq edib. O bildirib ki, "Legiya"nın əlil azarkeşləri üçün hazırlanan xeyriyyə layihəsində Qrantdan yardım istəyib.

Uzun illər formasını daşıdğı "Legiya"nın "Əlil fanatlar" qrupu ilə növbəti görüşünü keçirən 31 yaşlı arxa xətt oyunçusu qrupun 15 nəfər üzvünü Londonda baş tutacaq ÇL-nın "Qarabağ" – "Çelsi" matçına dəvət edib. 62 yaşlı mütəxəssis bu yaxınlarda məhz futbolçu ilə layihə məsələsini müzakirə etmək üçün Bakıda olub.

Qeyd edək ki, Yakub Jezniçak 13 il “Legiya”nın formasını geyinib. Bu klubun sadiq azarkeşləri hesab edilən “Əlil fanatlar” qrupu isə 2006-cı ildən fəaliyyət göstərir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43