Kateqoriyasız

Avro-2016: Farer adalarından sürpriz nəticə, Almaniya və Portuqaliyadan qələbə

AVRO-2016-nın seçmə mərhələsində IV tura start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə D, F və İ qrupunun komandaları meydana çıxıb.

Günün sürpriz nəticəsinə Farer adaları imza atıb. Belə ki, Yunanıstan özündən qat-qat zəif komandaya doğma azarkeşləri önündə məğlub olub. 

Turun digər qarşılaşmaları noyabrın 15-i və 16-da keçiriləcək. Azərbaycan millisinin yer aldığı H qrupunun komandaları noyabrın 16-da meydana çıxacaq. Yığmamız Bakıda Norveçlə üz-üzə gələcək. Matç saat 21:00-da başlayacaq.

AVRO-2016-nın seçmə mərhələsi

14 noyabr

D qrupu

Gürcüstan – Polşa – 0:4

Almaniya – Cəbəllütariq – 3:0 

Şotlandiya – İrlandiya – 1:0 

F qrupu

Yunanıstan – Farer adaları – 0:1

Macarıstan – Finlandiya – 1:0 

Rumıniya – Şimali İrlandiya – 2:0 

İ qrupu

Serbiya – Danimarka – 1:3 

Portuqaliya – Ermənistan – 1:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43