İdman

AVRO-2020 ilə bağlı dəyişiklik ola bilər

AVRO-2020-nin final mərhələsinə ev sahibliyi edəcək şəhərlərdə dəyişiklik ola bilər.

Idmanxeber.com-un məlumatına görə, ilk dəfə Avropa çempionatının 13 ölkədə keçirləcəyi vaxtda meydan sahiblərindən hər hansısa birinin bu hüquqdan məhrub edilmə təlükəsi yaranıb. Daha dəqiq desək, söhbət 13 şəhər arasında yer alan Brüsseldən gedir. Belçikanın paytaxtında stadion inşasının yolunda getməməsi UEFA-nı adıçəkilən şəhəri siyahıdan çıxarmaq haqda düşündürüb.

Bununla belə arenanın tikintisi üçün müraciət və buna görə lazım olan ekoloji razılıq əldə olunmayıb. UEFA Belçikaya bunun üçün nə qədər möhlət verəcəyi ilə bağlı qərarını açıqlamalıdı.

Belçikalılar tikinti üçün sonuncu sifarişi avqustda verib. Buna cavabın 150 gün ərzində verilməli, arenanın inşası üçün 12-18 ay olmalıdı. Stadion AVRO-2020-nin startına 9 ay qalmış, yəni 2019-cu ilin payızında hazır vəziyyətə gətirilməlidi.

Xatırladaq ki, AVRO-2020-nin 13 ev sahibi arasında Azərbaycan paytaxtı Bakı da var. Final mərhələsi Brüssellə Bakıdan başqa, Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münhen (Almaniya), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Sankt-Peterburq (Rusiya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqoda (Şotlandiya) keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43