Kateqoriyasız

AVRO-2020: İspaniya və İtaliya yarımfinalda

AVRO-2020-də 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə iki matç keçirilib.

Əvvəlcə İspaniya və İsveçrə münasibətlərinə aydınlıq gətirib. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1. Penaltilər seriyasında daha dəqiq olan ispanlar ilk yarımfinalçı adını qazanıb.

Günün digər matçı Almaniyanın Münhen şəhərində baş tutub. Burda turnirin favoritlərindən olan Belçika və İtaliya milli komandaları üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn apeninlilər yarımfinalda İspaniyaya rəqib olub.

AVRO-2020
1/4 final

2 iyul

20:00. İsveçrə – İspaniya – 1:1 (penaltilər – 1:3)
Qollar: 
Şakiri, 68 – Zakaria, 8 (öz qapısına)

23:00. Belçika – İtaliya – 1:2
Qollar: 
Lukaku, 45+2 – Barella, 31, İnsinye, 44


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43