Kateqoriyasız

Avro-2020: Türkiyə millisinin iki oyunu Bakıda

Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları dəqiqləşib.

Iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyulun 17-də Türkiyə – Uels, iyununn 21-də isə İsveçrə – Türkiyə matçları paytaxtımızda olacaq. İtaliya da Avro-2020-nin ev sahiblərindən biri olduğu üçün, bu komandanın iştirakı ilə keçiriləcək oyunlar Bakıda olmayacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin bir oyunu da Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43