Dünya futbolu

Avroliqada turun oyunçusuna 4 namizəd

Avroliqada qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Namizədlər arasında  Matye Valbuena (“Fənərbaxça”), Takumi Minamimo (“Zalsburq”), Kostas Fortunis (“Olimpiakos”) və Miyat Qaçinoviç (“Ayntraxt”) yer alıb.

Minamino het-trik, Fortunis dubl  və 1 qol ötürməsi ilə fərqlənib. Digər iki oyunçu 1 qol və 1 məhsuldar ötürmə edib.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43