İdman

Avropa Liqası: Əliyar Ağayev “Real Sosyedad”ın oyununu idarə edəcək

Azərbaycanlı hakim Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. 

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz L qrupunun oktyabrın 19-da keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) qarşılaşmasını idarə edəcək.

Oyunun yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Görüşdə əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirəcək. Dördüncü hakim qismində Mübariz Haşımov təmsil olunacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43