İdman

Saul Niqes: “Xal itirmək haqqımız bitib, Bakıdan 3 xalla dönməliyik”

Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq “Atletiko”nun üzvü Saul Niqes matç haqda təəssuratlarını bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, əvvəlcə La Liqada üz-üzə gəldikləri “Barselona” görüşünə toxunan yarımmüdafiəçi həmin görüşü arxada qoymağa çalışdıqlarını bildirib:

“Barselona” ilə olan oyunu unutmalıyıq. O oyun bitdi. İndi bizi “Qarabağ2la qaşrılaşma maraqlandırır. Bakıdan 3 xalla dönməliyik. Xal itirmək haqqımız qalmayıb. Bu, komandamızın gələcəyi üçün həlledici oyundu”.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” görüşü oktyabrın 18-i saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43