Kateqoriyasız

Avropa Liqası: “Səbail”in cavab oyununun vaxtı açıqlandı

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Krayova” (Rumıniya) – “Səbail” matçının vaxtı məlum olub.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 18-də Rumıniya keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da başlayacaq. Oyun Krayovadakı “Yon Oblamenko” stadionunda baş tutacaq.

Komandaların ilk oyunu Bakıda keçiriləcək. İyulun 11-i “Bayıl Arena”da keçiriləcək oyun saat 20:00-da start götürəcək.

“Səbail” mərhələ adlasa, II təsnifat mərhələsində “Honved” (Macarıstan) – “Jalgiris” (Litva) cütünün qalibi ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43