Milli komanda Ölkə futbolu

“Avstriya və İsveç yığmalarından xal almaq olar” – millimizin sabiq hücumçusu

“Hər iki komanda da güclüdür. Futbol baxımından son dövrlərdə inkişafda olan ölkələrdir. Millimiz üçün çox çətin olacaq”.

Bu sözləri idmanxeber.az saytına Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev yığmamızın AVRO-2024 seçmə mərhələsi çərçivəsidə keçiriləcək Avstriya və İsveç oyunları barədə danşarkən deyib.

O, daha sonra belə davam edib:

“İki rəqibdən də xal almaq olar. Avstriya millisinin bir neçə əsas oyunçusu zədəlidir. Bu, bizim xeyrimizə ola bilər. Yığmadan yaxşı oyun gözləyirəm. Son dönəmlərdə bizim də qələbə seriyamız var. Bu, futbolçular üçün yaxşı motivasiyadır.

Rəqiblərə qarşı yaxşı mübarizə aparıb, xal qazanmaq olar. Çətin oyunlar öncəsi milliyə uğurlar arzulayıram”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43