Dünya futbolu

Ayaz Quliyev ötən ayın ən yaxşısı seçildi

Ayaz Quliyev növbəti dəfə hamını qabaqlayıb.

Rusiyanın “Rostov” klubunda forma geyinən Ayaz Quliyev sentyabr ayının ən yaxşısı seçilib. O, azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayaraq birinci olub.

Qeyd edək ki, həmyerlimiz azarkeşlər arasında keçirilən sorğuda avqust ayınında ən yaxşısı seçilmişdi.

Ayaz cari mövsüm 1 qol vurub və 2 assist edib. Quliyev Rusiyanın U-21 millisinə də dəvət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43