Ölkə futbolu

Aykut Kocaman “Xəzər Lənkəran”ın 4 milyonluq təklifini geri çevirib

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşakı "Fənərbağça"nın keçmiş çalışdırıcısı Aykut Kocaman əvəzləyə bilərmiş. Klubun fəxri prezidenti Mübariz Mənsimov Dənizlidən öncə Kocamanla görüşüb.

Mənsimov Kocamana ildə 4 milyon avro ödəməyə hazır olsa da, 48 yaşlı mütəxəssis bunu qəbul etməyib. Mütəxəsiss mövsüm sonunadək heç bir klubu çalışdırmayacağını əsas gətirərək, bu təklifi geri çevirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43