Avqustun 29-ü baş tutacaq Avropa Liqasının pley-off mərhələsinin “Aytraxt” – “Qarabağ” matçının bilətləri bitmək üzrədir.
Artıq qarşılaşma üçün 44 min bilet satılıb.
Qeyd edək ki, matçın baş tutacağı “Kommersbank” stadionu 51.500 insan tutumuna malik olsa da, beynəlxalq matçlar üçün 48.500 yer nəzərdə tutulur.
Xatırladaq ki, “Ayntraxt” tərəfi azərbaycanlı azarkeşlər üçün stadionun şərq tribunasında 3 min yer ayırıb.