Ölkə futbolu

“Ayntraxt”ın futbolçusu: “Bir ayağımız qrup mərhələsindədi”

"Ayntraxt"ın futbolçusu Sebastyan Rode Almaniya mətbuatının diqqətindən qaçmayıb.

Mərkəz yarımmüdafiəçisi bugün "Qarabağ"la oynayacaqları maçt barədə məhşur "Bild" nəşrinə müsahibə verib.

Təmsilçimizlə ilk oyunda start heyətdə yer alan 22 yaşlı futbolçu cavab oyunu haqda bunları deyib:

"Bir ayağımız qrup mərhələsindədi. Ancaq növbəti oyunu gözləməliyik. Çünki hələ cavab görüşü var. Qrupa düşmək üçün hələ bu qarşılaşmanı da keçirməliyik”.

 

Qeyd edək ki, “Ayntraxt” – “Qarabağ” görüşü bu gün saat 23:30-da başlayacaq. Frankfurtdakı görüşü portuqaliyalı Duarte Qomeşin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43