İdman

Ayxan Abbasov: “Düşünürəm ki, Azərbaycanı layiqli təmsil etdik”

"Belə oyundan sonra danışmaq çətindi. Bilirdik ki, matç çətin keçəcək. Onların üstünlüyü vardı. Bizə qol lazım idi. Yaxşı imkanlarımız oldu. Ancaq təəsüflər olsun ki, yararlana bilmədik. Turnir bizim üçün bitdi. Futbolçularım əzmkarlıq göstərdi. Klub olaraq çətinliyi başa düşürdük, amma onu üstəyirdik bu bizim üçün təcrübə idi. Bundan sonra da inkişaf edəcəyik. Bu oyunu unudub çempionata hazırlaşmalıyıq. Çünki çox çətin keçəcəyini bilirəm. Biz Azərbaycanı pis təmsil etmədik. Sona qədər vuruşduq".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov deyib. O, "Astra" ilə oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Hakimliklə bağlı nə deyə bilərdiz?

– Həmişə deyirəm ki, çempionatda bizim hakimlər səhv edəndə çox üstlərinə gedirik. Ancaq suala cavab verə bilərəm ki, ordaki hakimlər, həm birinci qolda ofsaydı verməmişdi. Bu gün də rəqib tempi salırdı. Bizim hakimlərə şükür etməliyik. Görürsüz ki hakimlər nə cür səhv edə bilirlər. Ümumi götürdükdə normal idi.

– Cinahlar zəif idi, bu nə ilə bağlıdı?

– Sizin fikrinizlə razı deyiləm, bizim oyunıar elə cinahlardan qurulmuşdu. Biirdik ki, rəqivin ən zıif yeri cinahlardı. Bundan istifadə etdik. Onlar yəqin etmişdilər ki biz bu gün mərkızdı hücum edcəyik. Əsas lazım olan son nöqtə idi, o da çatışmadı. Oyundan-oyuna daha yaxşı olacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43