Ölkə futbolu

Ayxan Abbasov istefa verdi

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov istefa verib.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, dünən klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib. Ayxan Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib. Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.

Qeyd edək ki, “Zirə” Premyer Liqada bu mövsüm keçirdiyi  2 oyundan  cəmi 1 xal qazanıb.

Xatırladaq ki, A.Abbasov 2016-cı ilin dekabrından “Zirə”ni çalışdırırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43