İdman

Azərbaycan çempionatında legioner limitində dəyişiklik olur

Azərbaycan Basketbol Liqasında legioner limitində dəyişiklik ola bilər.

İdmanxeber.az-a verilən məlumata görə, federasiya növbəti mövsümdən hazırda tətbiq olunan “3+2” (3 yerli/2 legioner) sistemini müzakirəyə çıxaracaq. Çempionatımızda çalışan məşqçilər də bu barədə öz təkliflərini rəhbərliyə çatdırıb.

Yeni sistemin “4+1” olması təklif edilib. Rəhbərliyin buna müsbət yanaşdığı və böyük ehtimalla dəyişiklik ediləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43