Misli Premyer Liqasınının XVI turunda keçiriləcək “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.
İdmanxeber.az “ağ-qaralar”In saytına istinadən xəbər verir ki, qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 10 (3A) və 15 (VİP) AZN təşkil edən biletləri “iTicket.az”ın satış məntəqələrindən və onlayn şəkildə əldə etmək olar.
“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.
Dekabrın 2-si keçiriləcək Azərbaycan derbisi saat 21:00-da start götürəcək.