Ölkə futbolu

Millimiz heç-heçə etdi (YENİLƏNİB)

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsində bu gün “Dalğa Arena”da Azərbaycan millisi İsrail yığması ilə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, matçda hesabı açan tərəf yığmamız olsa da, oyun 1:1 hesabı ilə bərabərə bitib.
Avropa çempionatının seçmə mərhələ oyunu
20:00. Azərbaycan U-21 – İsrail U-21  1:1
QOL:  Rüfət Dadaşov, 1 (1:0), Veyssman, 30 (1:1)
Hakimlər: Trustin Farrugia Cann, Alan Camilleri, Luke Portelli, Malcolm Spiteri (hamısı Malta)
“Dalğa Arena”

 

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşqın (k), Anton Krivotsyuk, 4. Eltun Turabov, 6. Hacıağa Hacılı, 8. Budak Nəsirov, 9. Fəhmin Muradbəyli, 10. Renat Dadaşov, 16. İsmayıl İbrahimli, 17. Ozan Can Kökçü, 20 Yusif Nəbiyev

İsrail: 1. Assaf Tzur, 2. Yosef Raz Meir, 3. Yarden Kohen, 4 İdan Naçmias (k), 5. Amit Bitton, 6. Neta Lavi, 9. Yonatan Kohen, 11. Şon Zalman, 17. Or Dasa, 20. Qavriel Kaniçovski, Moti  Barşazi

Qeyd edək ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi yığmamız 7 oyuna cəmi 1 xal toplaya bilib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43