İdman

Azərbaycan Kubokunun sahibi “Neftçi” oldu

Basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olub.

İdmanxeber.az məlumat verir ki, final görüşündə “Neftçi” və “Xəzri” qarşılaşıb. Sərhədçi İdman Mərkəzində keçirilən görüş maraqlı mübarizə şəraitində keçib.

İlk hissədə üstün tərəf “Xəzri” olub. İkinci hissədə isə müdafiədə daha inamlı olan “Neftçi” hesabı öz xeyrinə dəyişə bilib və sonda kubokun sahibi olub.

Finalın ən dəyərli oyunçusu (MVP) “Neftçi”dən Ulaş Turqut seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43