İdman

Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlandı

Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb.

İdmanxeber.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki qarşılaşma aprelin 25-də baş tutacaq.

İlk olaraq saat 15:00-da “Neftçi” İK və “Baku Fire” kollektivləri güclünü müəyyənləşdirəcəklər. 18:00-da isə “Araz Naxçıvan” – PFL görüşü baş tutacaq.

Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43