Milli komanda

Azərbaycan Litvayla bacarmadı – Yenilənib

Milli komandamız bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ikinci oyununa çıxıb.

Yığmamız yoldaşlıq oyununda Bakıda Litvanı qəbul edib. “Bakcell Arena”da keçirilən görüş qolsuz bərabərliklə sona çatıb.

Litva ilə oyun komandamızın bu yığmaya qarşı 3-cü matçı olacaq. Azərbaycan millisi bundan əvvəlki 2 qarşılaşmanın birində qalib (2:1), digərində isə məğlub (0:1) olub.

FİFA reytinqində isə yığmamız daha irəlidədir. Komandamız 26-cı, Litva isə 41-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, millimiz 4 gün öncə AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub.

Yoldaşlıq oyunu
25 mart (bazar ertəsi)

18:00. Azərbaycan – Litva 0:0 
Hakimlər:
 Fesnik Horatiu, Avram Valentin, Çerei Alexandru (Rumıniya), Orxan Məmmədov
Bakı. “Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43