Kateqoriyasız

Azərbaycan – Xorvatiya: Hakimlər açıqlandı

Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Xorvatiya oyununun hakimləri açıqlanıb.

Matçı isveçrəli hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Sandro Şerer olacaq. Ona yan xətdə həmyerliləri Stefab De Almeyda və Sladan Josipovic kömək edəcək. Fedayi San isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43