Kateqoriyasız

Azərbaycanın U-21 millisinin heyəti açıqlandı

Avropa çempionatının seçmə mərhələsində martın 25-də Sumqayıtdakı “Kapital Bank Arena”da Estoniya, 29-da isə yoldaşlıq oyunu çərçivəsində “Bakcell Arena”da Belarus millisi ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, baş məşqçi Milan Obradoviç 24 oyunçuya dəvət göndərib:

1 Amin Ramazanov – Qarabağ
2 Rüstəm Samiqullin – Sabah
3 Əkpər Vəliyev – Keşlə
4 Rauf Hüseynli – Qarabağ
5 Arsen Ağcabəyov – Sabah
6 Cəlal Hüseynov – Zirə
7 Mert Çelik – Neftçi
8 Zamiq Əliyev – Qarabağ
9 Samet Karakoç – Qəbələ
10 Nihad Quliyev – Qarabağ
11 Ceyhun Nuriyev – Sabah
12 Səbuhi Abdullazadə – Sumqayıt
13 Asim Əlizadə – Daugavpils (Latviya)
14 Şakir Seyidov – Sabah
15 Pərviz Azadov – Keşlə
16 İsmayıl Zülfüqarlı – Neftçi
17 Elvin Cəfərquliyev – Qarabağ
18 Emil Səfərov – Qəbələ
19 Rüfət Abdullazadə – Sumqayıt
20 Ədilxan Qarəhmədov – Səbail
21 İldar Ələkbərov – Sabah
22 Abdulla Xaybulayev – Sabah
23 Kamran Quliyev – Sabah
24 Musa Qurbanlı – Qarabağ


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43