Kateqoriyasız

AZAL artıq Qəbələdədir

Azərbaycan  Premyer Liqasının 8-ci turunda səfərdə “Araz Naxçıvan”la üz-üzə gələcək AZAL hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən maksimum istifadə etməyə çalışan AZAL bu məqsədlə yoldaşlıq oyunu da keçirəcək.

“Təyyarəçilər” oktyabrın 9-da “Qəbələ” ilə qarşılaşacaq. Bunun üçün komanda artıq Qəbələyə yollanıb. Komanda artıq Qəbələ şəhər stadionunda məşq də edib.

Qeyd edək ki,  “Qəbələ” – AZAL  yoxlama matçı sabah saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43