Ölkə futbolu

AZAL-ın 10-cu avtoqolu

Topaz Premyer Liqasında ardıcıl 2-ci tur avtoqol qeydə alınıb.

İdmanxeber.com-un PFL-in saytına istinadən verdiyi məlumata görə, mövsümün 7-ci uğursuzu AZAL-ın müdafiəçisi Tural Nərimanov olub.

Arxa xətt oyunçusu 21-ci turun “Qarabağ”la səfər matçında hesabı açıb. Bu top AZAL-ın cari mövsüm keçirdiyi qarşılaşmalarda ilk avtoqol olub. “Qarabağ” isə artıq ikinci dəfə rəqib qoluna sevinib. Mövsümün ilk yarısında “Sumqayıt”la görüşdə qapıçı Anar Nəzirov avtoqol müəllifi olmuşdu.

Ümumilikdə isə AZAL ən çox öz qapısına qol vuran komandalardan sayılır. 2005/06 mövsümündən Premyer Liqada çıxış edən bakılılar bu müddətdə 10-cu dəfə avtoqola üzülüb. Ona qədər Usim Nduka 2, Abdulkader Kamara, Alveş Dos Santos, Ritus Krjauklis, Bronislav Arsenyeviç, Emin Ağaməmmədli, Aydın İslamov, Xuan Fransisko hərəyə 1 dəfə uğursuzluq yaşamışdı. Bu göstəricidə yalnız “Qarabağ” daha böyük göstəriciyə malikdir – 11 avtoqol.

Qeyd edək ki, AZAL yalnız 5 dəfə rəqibinin qolu ilə sevinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43