Kateqoriyasız

AZAL-ın futbolçusu: “Rəşadın yıxıldığı epizodda penatli var idi”

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran AZAL-ın futbolçusu  Aleksandr Şemonayev matçdan sonra idmanxeber.com-un əməkdaşının suallarını cavablandırıb:

– Matç barədə fikirlərin…

– Birinci hissədə oyunumuz alınmadı. İkinci hissəyə yaxşı başladıq amma şanslardan istifadə edə bilmədik.

– Bu stadionda oynamaq “Neftçi” üçün həmişə çətin olub amma bu gün rahat qələbə qazandılar.

– Alınmırdı oyunumuz. Heç özümüz bilmirdik bizə nə olub.

– Qol vura bilməməyinizin səbəbi nə idi? Şanslarınız oldu çünki.

– Deyə bilərəm ki, bu gün bəxtimiz gətirmədi.

– Penalti epizodları oldu. Hansı ki, hakim 11 metrlik nöqtəni göstərmədi. Bu barədə nə düşünürsən?

– Elvinin əlinə dəyən epizoda uzaq idim amma Rəşadın yıxıldığı epizodda penatli var idi.

– AZAL üçün erkən bitdi kubok yoxsa bura qədər gəlmək də sizin üçün uğur sayıla bilər?

– Mərhələni keçə bilərdik amma əlimizə düşən şanslardan istifadə edə bilmədik. Heyif!

– Rəhbərlik bu məğlubiyyətdən sonra nə dedi sizə?

– Hələki heç bor söhbət olmayıb. Yəqin ki, sabah danışacaqlar.

– Bu mövsüm AZAL üçün avrokuboklar möcüzə kimi qaldı demək olarmı?

– Yox. Hələ mübarizə aparacağıq. Çalışarıq ki, ilk 4-lükdə yer alaq.

– Oyundan əvvəl “Neftçi”nin kubokda AZAL-a məlub olacağı kimi sözlər gəzirdi.

– Yalan sözlərdi hamısı. Biz elə şeylərə fikir vermirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43