Kateqoriyasız

Qurban Qurbanov: “Bəzi oyunçuların ustalıq səviyyəsi yetərincə deyil”

Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyununda  “Bakı” “Qarabağ”ı qəbul etdi. Oyun “Qarabağ”ın 4-1 hesablı qələbəsi ilə yekunlaşdı.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Çox qol izlədik. “Bakı” sona qədər mübarizə aparacağını demişdi. Biz ilk hissədə bunu hiss etdik. Qapımızda gözlənilməz qol gördük. “Bakı” istəkli komandadır. Sadəcə, düşünürəm ki, bəzi oyunçuların ustalıq səviyyəsi yetərincə deyil. Mərhələnin hər iki oyununda qalib gəldik. İndi kuboku unudub, “Sumqayıt”la çempionat oyununa ciddi hazırlaşmalıyıq. Öz növbəmdə “Bakı”nın gənc heyətinə uğurlar arzu edirəm”.

İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Akademiyanın futbolçularına şans verdik. İlk hissə istədiyimiz kimi alındı. Amma getdikcə “Qarabağ”ın gücünü hiss etdik.  Məğlub olsaq da, futbolçularımı təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43