Ölkə futbolu

Tərlan Əhmədov: “…hakimi söyən oyunçu da cəzalandırılmalıdır”

Futbol üzrə Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyununda AZAL-ı məğlub edən “Neftçi” adını növbəti mərhələyə yazdırdı.  

Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Maraqlı bir oyun alındı. Evdəki heç-heçədən sonra bizə cavab oyununda erkən qol vurmaq lazım idi. Bunu da bacardıq. Futbolçulara təşəkkür edirəm. Hesab daha da böyük ola bilərdi. Lakin şanslardan yararlana bilmədik. Əsas odur ki, mərhələni adladıq. İndi futbolçulara 3 günlük istirahət verəcəyik. Daha sonra hazırlığımızı bərpa edəcəyik”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “İlk oyunda qol buraxmamışdıq. Hiss edirdim ki, cavab oyunu bizim üçün ağır keçəcək. İlk hissədə oyunçularımda həyəcan vardı. Mən fasilədə futbolçulardan xahiş etdim ki, meydançaya çıxıb gözəl oyun sərgiləsinlər. Cinahlardan oyun qurmağa çalışdıq. Amma  Viktor İqbekoyinin olmaması hücumların sürətli qurulmasına mane oldu. Mən indiyə kimi hakimlik barədə danışmamışam. Əgər bir oyunçu oyunçunu söyüb 3 oyun cəza alırsa,  hakimi söyən oyunçu da cəzalandırılmalıdır. Belə hallar futbolun gözəlliyinə xələl gətirir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43