Kateqoriyasız

“Neftçi”nin futbolçusu hakimi təhqir etdi, Məmmədov buna göz yumdu

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi” AZAL-ın qonağı olub.

İdmanxeber.com-un əməkdaşının məlumatına görə, 0:1 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatan matçın ilk hissəsinin sonunda gərgin anlar yaşanıb. Beləki, “Neftçi”nin müdafiəçisi Erik Ramos sarı vərəqə aldığdan sonra matçın baş hakimi İnqilab Məmmədovu təhqir edib. Maraqlısı isə  Məmmədovun buna məhəl qoymaması olub. Baş hakim futbolçunu cəzalandırmaq yerinə bunu eşitməməzlikdən gəlməyi qərara alıb.

Qeyd edək ki, ilk matç 0:0 hesabı ilə başa çatmışdı. Cavab oyununda 0:1 hesablı qələbə ilə “Neftçi” mərhələ adlayan tərəf olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43