Kateqoriyasız

AZAL “Neftçi” ilə qarşılaşacaq

AZAL sentyabrın 5-də daha bir yoxlama oyunu keçirəcək.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bu dəfə komandanın rəqibi “Neftçi” olacaq. Matç Matç İsmət Qayıbov adına stadionda baş tutacaq.

Qeyd edək ki, AZAL sentyabrın 2-də “Xəzər-Lənkəran”la qarşılaşmalı idi. Bu barədə hər iki klubun rəsmiləri razılıq əldə etmişdi. Lakin sonradan lənkəranlılılar Bakıya gələ bilməyəcəklərini bildirib və görüşdən imtina ediblər. Səbəb kimi isə “Xəzər-Lənkəran”ın İrana təlim-məşq toplanışına yollanması göstərilib.

Xatırladaq ki, AZAL bundan əvvəl yoxlama görüşündə “Şərur”a 4:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43