Kateqoriyasız

AZAL “Sumqayıt”la qarşılaşacaq

“Sumqayıt”  2015/2016 mövsümü üçün hazırlığın ilk mərhələsinə iyulun 1-də start verəcək.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komandz gündə 2 dəfə olmaqla “Kapital Bank Arena”da hazırlaşacaq. Bu müddət ərzində “Sumqayıt” 3 yoxlama matçı keçirəcək. Komandailk olaraq iyulun 4-də “Kəpəz”lə üz-üzə gələcək. Həmin qarşılaşma saat 18:00-da “Dalğa Arena”da baş tutacaq.

“Sumqayıt” FK növbəti yoxlama oyununu iyulun 11-də AZAL-a qarşı keçirəcək. Həmin görüş isə “Kapital Bank Arena”da saat 19:00-da start götürəcək. Digər rəqib barəsində isə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43