Ölkə futbolu

“Azarkeşləri “Beşiktaş”la oyun üçün stadiona çağırıram” – “Sabah”ın kapitanı

“Kəpəz” yaxşı komandadı, bu gün də sona qədər mübarizə apardılar. İlk hissə fürsətlərdən maksimum yararlana bildik. Çox şükür ki, qalib gələ bildik”.

Bu sözləri idmanxeber.az saytına “Sabah”ın kapitanı Elvin Camalov “Kəpəz” oyunu sonrası deyib. O, komandanın çempionluq şansının olub-olmamasına isə belə cavab verib:

“Hər matç bizim üçün vacibdir, önəmli olan qalib gəlməkdir. Ümid edirəm ki, mövsüm sonu əziyyətimizin bəhrəsini görəcəyik”.

Təcrübəli futbolçu “Sabah”ın “Beşiktaş”la keçirəcəyi yoldaşlıq oyun barədə də danışıb:

“Hər kəsin maraqla gözlədiyi oyundur. Qardaş Türkiyədə baş vermiş zəlzələ hamımızı dərindən üzdü. Biz də dəstək xarakterli bir oyun keçirəcəyik. Məncə, bu təqdirəlayiq addımdır.

Hamını maraqlı oyun gözləyir. Hər kəsi stadiona Türkiyəyə dəstək olmağa dəvət edirəm. Belə bir oyunu qaçırmaq olmaz. Bu səbəbdən də azarkeşləri “Beşiktaş”la görüşü canlı izləməyə çağırıram”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43