Kateqoriyasız

Azərbaycan çempionu evində ölü tapıldı

Azərbaycanın “Rabitə” voleybol klubunun sabiq baş məşqçisi Deyan Brdjoviç dünyasını dəyişib.

İdmanxeber.com-un məlumatına görə, 49 yaşlı mütəxəssis yaşadığı evdə ölü tapılıb.

Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.

Qeyd edək ki, 2010/2011 mövsümündə “Rabitə” voleybol klubuna Azərbaycan çempionluğunu qazandıran Brdjoviç komandasını Çempionlar Liqasının finalına yüksəldib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43