Ölkə futbolu

Azərbaycan kuboku: İndiyədək qarşılaşmayan rəqiblər

Bu həftə Azərbaycan kubokunda 2016-2017-ci illər mövsümünə start veriləcək. Yarışın 1/16 final mərhələsində I divizionun 4 klubu iştirak edəcək.

İdmanxeber.com Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən xəbər verir ki, 1/16 finalda üz-üzə gələcək komandaların ölkə kubokundakı oyunlarının balansını, həmçinin bu 4 komandanın yarışdakı ümum göstəricilərini təqdim edir.

Azərbaycan kuboku

1/16 final

12 oktyabr (çərşənbə)

“Turan Tovuz”  – “Bakılı” – indiyədək qarşılaşmayıblar

“Şəmkir” – “Qaradağ Lökbatan” – indiyədək qarşılaşmayıblar

 

1/16 finalçıların hamısı əvvəllər də ölkə kubokunda iştirak edib. Bu komandalar qarşıdakı görüşdə bəzi yubileylər qeyd edə bilər. “Şəmkir”in 70-ci, “Qaradağ-Lökbatan”in 25-ci qolu vurması mümkündüsə, sonuncuların 10-cu məğlubiyyəti və 40-ci topu buraxması da gerçəkləşə bilər. “Bakılı” və “Şəmkir” üçün heç-heçə sayca 10-cu olacaq.

klub

O

Q

H

M

T/F

X*

Şəmkir

46

21

9

16

69-44

72

Bakılı

40

15

9

20

45-72

54

Qaradağ-Lökbatan

16

6

1

9

23-38

19

Turan Tovuz

2

1

0

1

4-4

3

*- xallar şərti olaraq hesablanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43