Kateqoriyasız

Azərbaycan Kubokunun final matçının vaxtı dəyişdirildi

Azərbaycan Kubokunun final matçı Respublika günündə baş tutmayacaq. Bu barədə Lent.az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

Onun sözlərinə görə, buna milli komandamızın mayın 27-də ABŞ-la keçirəcəyi yoldaşlıq görüşü səbəb olub. Musayev final görüşünün mayın 21-də və ya 22-də olacağını əlavə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43