Ölkə futbolu

Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək

Azərbaycan Kubokunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

İdmanxeber.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, tədbir 6 oktyabr saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək.

Bu il Azərbaycan Kuboku uğrunda 19 komanda yarışacaq: “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt”, “Rəvan”, “Qaradağ Lökbatan”, “Ağsu”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Səbail”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43