İdman

Azərbaycan kubokunun püşkü atıldı

Bu gün Azərbaycan kubokunun 2017/18 mövsümünün püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan tədbirə 18 komanda qatılıb.

Mərasimdə yarışın “setka”sı müəyyənləşıb. Premyer Liqa klubları birbaşa 1/8 finaldan yarışa qatılacaqsa, I divizion təmsilçilərindən 4-ü 1/16 finalda iki vəsiqə üçün mübarizə aparacaq. Digər divizion klubları yarışa 1/8 finaldan başlayacaq.

Püşkatmada ilk iki mərhələnin cütləri bəlli olub. Həmçinin, növbəti raundlarda qalibləri üz-üzə gələcək cütlər müəyyənləşib.

 

Azərbaycan kuboku

 

1/16 final (11 oktyabr)

1. “Ağsu” – “Mil-Muğan”

2. MOİK – “Turan Tovuz”

 

1/8 final (29 noyabr)

3. “Qəbələ” – 1-ci cütün qalibi

4. “Şüvəlan” – “Səbail”

5. “Zirə” – “Xəzər”

6. “Neftçi” – “Zaqatala”

7. 2-ci cütüm qalıbi – “İnter”

8. “Kəpəz” – “Binə”

9. “Qarabağ” –  “Qaradağ Lökbatan”

10. “Sumqayıt” – “Sabah”

 

1/4 final (10-11/14-15 dekabr)

11. 3-cü cütün qalibi – 4-cü cütün qalibi

12. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

13. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

14. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

 

1/2 final (11/18 aprel)

15. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

16. 13-cü cütün qalibi – 14-cü cütün qalibi

 

Final (28 may)

17. 15-ci cütün qalibi – 16-cı cütün qalibi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43