Ölkə futbolu

Azərbaycan kubokunun üç 1/8 finalçısı məlum oldu

Bu gün futbol üzrə Azərbaycan kubokunda 2013/14 mövsümünə start verləcək.

1/16 final mərhələsində birinci divizion klubları mübarizəyə qoşulacaq. MOİK "Qaradağ Lökbatan"ı, "Şuşa" "Şahdağ"ı, "Mil Muğan" isə "Lokomotiv"i qəbul edəcək.

Qeyd edək ki, 1/16 final mərhələsi bir oyundan ibarət olacaq və qalib gələn tərəf adını 1/8 finala yazdıracaq.

23 oktyabr

Azərbaycan kuboku, 1/16 final

15:00. "Şuşa" – "Şahdağ" – 4:2
Qollar: Elvin Adışirinli, 3 (1:0), 20 (2:0), Abdulla Zilpokarov, 23 (2:1), Məhəmməd Xəlilov, 29 (3:1), Mahiddin Ağamov, 61-pen (3:2) İsrafil Qarayev, 68 (4:2)
Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Aleksandr Musatkin, Hacıəli Ağayev.
Bakı. “Şəfa” stadionu

15:00. "Mil-Muğan" – "Lokomotiv" – 4:2
Qollar: Nicat Fərəcli, 4 (1:0), Elşən Hacıyev, 18 (2:0), Kamran Həsənzadə, 37 (2:1), Elxan Məmmədov, 60 (3:1), Samir Babayev, 71 (4:1), Tural Qürbətov, 90+2 (4:2)
Qırmızı vərəqələr: Vasif Mehrəliyev, 41 ("Mil-Muğan"), Nicat Əsgərov, 85 ("Lokomotiv"), Nicat Fərəcli, 90 ("Mil-Muğan"), Kənan Cəfərov, 90 ("Lokomotiv")
Hakimlər: Səbayel Qurbanova, Ülviyyə Mustafayeva, Vüsal Qənbərov, Fərid Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.

13:00. MOİK – "Qaradağ Lökbatan" – 1:3
Qollar: Azər Nəsirov, 16 (1:0), Novruz Ələkbərov, 45 (1:1), Murad Ağakişiyev, 69 (1:2), İlham Allehverdiyev, 84 (1:3)
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Akif Əmirəli, Venera Kahriç.
“Bakı”nın təlim-məşq bazasının stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43