Milli komanda

Azərbaycan – Norveç: hakimlər müəyyənləşdi

DÇ-2018-in seçmə mərhələsinin C qrupunda keçiriləcək Azərbaycan – Norveç oyununa hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, görüşü  Luran Lianinin başçılıq etdiyi İsrail Futbol Federasiyasından hakimlər briqadası idarə edəcək. Onun köməkçiləri David Elyas Bitton, Nissan Davidi olacaq. Dördüncü hakim funksiyasını Eytan Şmuelevitz yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Norveç oyunu oktyabrın 8-i, saat 20:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43